Xırdalanda partlayış baş vermiş ikimərtəbəli yaşayış evinin sakinlərinə kirayə pulu ayrılıb.
Bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, təmir-tikinti işləri ilə bağlı isə tender elan olunub: “Tenderdə qalib müəyyənləşəndən sonra təmir-tikinti işləri də başlanacaq”.
Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli yaşayış evində partlayış olub, uçqun baş verib. Nəticədə dağıntılar altında qalmış 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, iki nəfər həyatını itirib.