Bank Of Baku

Yeni Klinikaya direktor müavini təyin olunub

Yeni Klinikaya direktor müavini təyin olunub
# 18 noyabr 2023 13:55 (UTC +04:00)

Yeni Klinikaya direktor müavini təyin olunub.

APA xəbər verir ki, bu barədə klinikanın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq təqdimatına əsasən, Gülnar Nuriyeva tibb müəssisəsinin direktor müavini və Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.

Gülnar Nuriyeva 2001-2007-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetimdə təhsil alıb. 2012-2016 –cı illərdə Türkiyə Cümhuriyyətinin Dokuz Eylül Universitetinin Ginekologiya və Mamalıq Kafedrası - Tibb Fakültəsində uzmanlıq keçib. 2012-2016-cı illərdə Türkiyə Cümhuriyyətinin Dokuz Eylül Xəstəxanasında həkim mama-ginekoloq, daha sonra qadın xəstəlikləri və doğum uzmanı olaraq Türkiyənin Iğdır şəhərində Özel Bulut Xəstəxanasında çalışıb.

2018-2021-ci illərdə Hadassah Universiteti Xəstəxanasının Ginekologiya şöbəsində fəaliyyət göstərib. 2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində Doğum Şöbəsinin müdiri olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR