“Bu gün bəzi yerli icra hakimiyyətlərində humanitar məsələlər üzrə müavinlər yoxdur. Onlar həm də gender üzrə məsul şəxsdur”.
APA xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
Sədaqət Qəhrəmanova bildirib ki, gələn ildən sosial məsələlər üzrə müavinlərin genderə məsul şəxs olmasını vacib sayırlar:
“Çünki gender sosial məsələdir. Biz, Milli Məclisin Əmək və sosial siyasət komitəsini də prosesə cəlb etmək istəyirik”.