Yevlax Rayon Polis Şöbəsinə Malbinəsi kənd qəbiristanlığındakı 2 məzarın ətrafından 4000 manat dəyərində olan alüminium barmaqlıqların oğurlanması barədə məlumat daxil olub.
DİN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri B.Qarayev və X.Musayev müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.