Zelenski əlavə HHM sistemlərinin tapılmasında Danimarkadan kömək gözləyir

Zelenski əlavə HHM sistemlərinin tapılmasında Danimarkadan kömək gözləyir
# 24 aprel 2024 02:45 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Danimarkanın sənaye naziri Morten Bedskov ilə danışıqlar zamanı əlavə hava hücumundan müdafiə (HHM) sistemlərinin tapılmasında Danimarkanın köməyinə ümid etdiyini bildirib.

APA xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Telegram” kanalında yazıb.

“Biz əlavə hava hücumundan müdafiə sistemlərinin tapılmasında Danimarkanın köməyinə ümid edirik”, - dövlət başçısı bildirib.

Zelenskinin sözlərinə görə, bu sistemlər xüsusilə Ukraynanın Nikolayev vilayətini qorumaq üçün istifadə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR