“Azercell” abonentlərinin sayı 3 milyon 500 minə çatıb

“Azercell” abonentlərinin sayı 3 milyon 500 minə çatıb
# 12 avqust 2008 12:39 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın mobil operatoru olan “Azercell” şirkətinin abonentlərinin sayı 500 min nəfər artıb. “Azercell”in mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bununla şirkətin abonentlərinin sayı 3 milyon 500 min nəfərə çatıb.

“Azercell”dən bildirilib ki, 2004-cü ildə şirkətin abonentlərinin sayı 1 mln., 2006-da isə 2 mln. olub. Ötən ilin sonunda isə abonentlərinin sayı 3 mln.-u keçib. Şirkət rəhbərliyi 3 milyonuncu abonentinə “Toyota” markalı avtomobil hədiyyə edib.

Qeyd edək ki, hazırda Azərbaycanda 4 900 000 mobil abunəçi var. Bu isə o deməkdir ki, hazırda ölkədə hər 100 nəfərdən 56,5 nəfəri mobil abunəçidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR