UEFA Azərbaycanda keçirilmə ehtimalı olan matçı ləğv edib

UEFA Azərbaycanda keçirilmə ehtimalı olan matçı ləğv edib
# 13 avqust 2008 09:46 (UTC +04:00)
Bakı. Mehman Süleymanov - APA-Sport. UEFA kubokunun ikinci təsnifat mərhələsində “VİT-Corciya” (Gürcüstan) - “Austriya” (Avstriya) cütündə qalib bir oyunda müəyyənləşəcək. “APA-Sport” agentliyinin məlumatına görə, komandalar arasında iki qarşılaşmanın keçirilməsi nəzərdə tutulsa da, bunlardan yalnız biri baş tutacaq. Gürcüstan tərəfi sabah Tiflisdə oynanılması planlaşdırılan görüşün təhlükəsizliyə təminat verməyib. “VİT-Corciya” rəhbərliyi isə ev oyununun başqa yerə salınmasına nail olmayıb. Nəticədə UEFA Cənubi Osetiyada baş verən məlum hadisələrlə əlaqədar matçı ləğv edib. “VİT-Corciya” və “Austriya” klubları avqustun 28-də Avstriyanın paytaxtı Vyanada qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, “VİT-Corciya” - “Austriya” qarşılaşmasının Azərbaycanda keçirilmə ehtimalı olsa da, təhlükəsizliyə təminat verilməmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR