Tovuzda ictimai dinləmələr keçirilib

Tovuzda ictimai dinləmələr keçirilib
# 16 avqust 2008 00:18 (UTC +04:00)
Tovuz – APA. İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP) ilə bağlı ictimai dinləmələr Tovuz rayonunda davam etdirilmişdir. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova insan hüquq və azadlıqlarının təmini və müdafiəsinin dövlətin qarşısında duran vəzifələri diqqətə çatdırıb. O, MFP-nin təsdiq edilməsindən ötən müddət ərzində bu sahədə xeyli iş görüldüyünü söyləyib. Ombudsman prezident seçkisi kampaniyasını başladığını, artıq namizədlərin qeydiyyatdan keçdiyini bildirib.

Müzakirələrdə çıxış edənlər MFP-də məhkəmə, prokurorluq və polis orqanları qarşısında qoyulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlər, müvafiq dövlət orqanlarında insan hüquq və azadlıqlarının, o cümlədən seçki hüquqlarının təmin olunmasına xüsusi nəzarətin mövcudluğu, kriminogen durum, vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi vəziyyəti barədə məlumat veriblər.

Ombudsman, Tovuzdakı “N” saylı hərbi hissədə əsgər və zabitlərin xidmət şəraiti, qidalanması, hərbi biliklərə yiyələnməsi vəziyyətini yoxlayıb, Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR