FHN-in qurumları arasında daşqaldırma üzrə çempionat keçirilib

FHN-in qurumları arasında daşqaldırma üzrə çempionat keçirilib
# 19 fevral 2016 14:12 (UTC +04:00)

Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubu və FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılğı ilə fevralın 18-19-da nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin 18 saylı Yanğından Mühafizə Hissəsinin idman zalında qurumlar arasında daşqaldırma üzrə çempionat keçirilib.

FHN İdman-sağlamlıq klubundan APA-ya verilən məlumata görə, çempionatda nazirliyin 17 qurumunun 75-ə yaxın nümayəndəsi 24 kq daşlarla öz gücünü - 60, 65, 70, 80, 90 və 90 kq-dan yuxarı çəki dərəcəsində sınayıb. Əvvəlcə birdən qaldırma, daha sonra təkan çalışmaları yerinə yetirilib. Komanda hesabında 1-ci yeri Mülkü Müdafiə Qoşunları, 2-ci yeri iDövlət Yanğından Mühafizə Xidməti, 3-cü yeri isə Xüsusi Riskli Xilasetmə Xidməti tutub.

Şəxsi birincilikdə də qaliblər müəyyənləşib.

İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalibləri təbrik edərək, onları kubok, diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırıb.

Çempionatda beynəlxalq dərəcəli hakim Azad Mustafayev və respublika dərəcəli hakim Həmzə Əfəndiyev hakimlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR