"DəmirBank"a dekabrdan bəri 32 mln. manat əmanət yerləşdirilib

"DəmirBank"a dekabrdan bəri 32 mln. manat əmanət yerləşdirilib
# 23 fevral 2016 12:17 (UTC +04:00)

Bakı - APA-Economics. Ötən il 2015-ci ilin dekabr ayından müştərilər tərəfindən "DəmirBank"a manat ekvivalentində 32 mln. vəsait yerləşdirilib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu isə bazardakı vəziyyətdən asılı olmayaraq müştərilərin "DəmirBank"a qarşı olan inam və etibarının göstəricisidir.

Bu göstəricinin digər səbəbi isə "DəmirBank"ın daim müştərilərin tələblərinə uyğun, çox sərfəli şərtlərlə müxtəlif əmanət növləri təklif etməsidir. Belə ki, hazırda müddətindən asılı olmayaraq USD əmanətlərini illik 9%, AZN əmanətlərini isə illik 14%-lə yerləşdirmək mümkündür.

Bununla bərabər, müştərilərin rahatlılığını təmin etmək məqsədilə "DəmirBank" yeni "Plastik kartla yığım əmanəti" məhsulunu yaradıb. Əmanətə bağlı kart daim müştərinin yanında olduğundan vəsaitə ehtiyac yarandıqda yığım kartından komissiyasız pul çıxartmaq və ya digər kartlarda olduğu kimi ödənişlər zamanı istifadə etmək mümkündür. Bununla bərabər, əmanətçilər istifadə olunmayan və kartda qalan vəsaitdən illik 5%-dək gəlir qazanmaq imkanını da əldə edirlər. Plastik kart bank tərəfindən müştəriyə hədiyyə olunur.

"DəmirBank" Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12%, kompensasiya məbləği isə 30 min manat təşkil edir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi: (012) 149

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR