“Unibank” müştəriləri təmassız “Albalı Plus MasterCard” kartının üstünlükləri ilə tanış edir

“Unibank” müştəriləri təmassız “Albalı Plus MasterCard” kartının üstünlükləri ilə tanış edir
# 14 aprel 2016 17:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Unibank” müştəriləri təmassız “Albalı Plus MasterCard” kartının üstünlükləri ilə tanış edir.

“Unibank”dan “APA-Economics”ə verilən məlumata görə, təmassız (contactless) “Albalı Plus MasterCard” kartına sahib müştərilər kartlarını POS-terminala yaxınlaşdırmaqla 20 manatadək olan ödənişlərini bir neçə saniyə ərzində başa çatdıra bilər. Bankdan bildirilib ki, bu kartdan istifadə edən müştərilərin xırda alış-verişin dəyərini ödəmək üçün kassada növbə gözləməsinə ehtiyac qalmır.

“Unibank”ın “Kart Prossesinq” departamentinin rəhbəri İlqar İbrahimov bildirib ki, müştərilərinə müasir ödəniş imkanlarını təqdim etmək bankın başlıca hədəflərindən biridir: “Təmassız ödənişlərin üstünlüyü təkcə kart sahibinə rahatlıq gətirməklə məhdudlaşmır, ticarət və xidmət nöqtələrində ödənişə sərf olunan zamana qənaət etməklə ödəniş prosesini sürətləndirmək və kassalarda növbəni qısaltmaq mümkündür. Ümumiyyətlə, təmassız texnologiyalar ənənəvi kart ödənişlərində keyfiyyətcə yeni bir mərhələnin başlanmasına səbəb olub. Müasir ödəniş trendlərini az da olsa izləyənlər plastik kartların öz yerini getdikcə NFC (near field communication) texnologiyanı dəstəkləyən mobil qurğulara verməsinin şahididirlər. Təmassız kartlar ənənəvi plastik kartlarla yaxın gələcəkdə populyarlıq qazanacaq NFC ödənişlər arasında körpü rolunu oynamaqla, insanlarda yeni ödəniş vərdişlərinin formalaşmasında əhəmiyyətli rola malikdir”.

Təmassız “Albalı Plus” kartları tez-tez xarici səfərlərə çıxanlar üçün də çox əlverişlidir. Çünki, bütün xırda ödənişləri vaxt itirmədən, kartı kiməsə təqdim etmədən, təhlükəsiz şəkildə ödəmək mümkündür. Təmassız ödəniş texnologiyası həm “Albalı Plus” debet, həm də “Albalı Plus” kredit kartları üzrə yaradılıb.

Qeyd edək ki, contactless funksiyası olan “Albalı Plus debet MasterCard” kartını “Unibank”ın bütün filiallarından əldə etmək mümkündür.

Təmassız ödənişi həyata keçirmək üçün kart sahibi sadəcə kartını contactless-i dəstəkləyən istənilən pos-terminala yaxınlaşdıraraq, ödəniş edə bilər. Bu pos-terminalların üzərində təmassız ödənişləri dəstəkləyən xüsusi işarə mövcuddur.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

ALBALI PLUS - arzuları reallaşdıran kart.

Unibank – hər kəsin bankı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR