Ukraynada AES-in buxar generatorunda sızma baş verib

Ukraynada AES-in buxar generatorunda sızma baş verib
# 17 iyul 2016 10:13 (UTC +04:00)

Bakı-APA. Ukraynada Xmelinsk Atom Elektrik Stansiyasının (AES) buxar generatorunda sızma baş verməsi ilə əlaqədar birinci enerji bloku enerji şəbəkəsindən ayrılıb.

APA-nın “RİA Novosti’ agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti açıqlayıb.

Məlumatda qeyd edilib ki, iyulun 16-da saat 13.27 radələrində AES-in birinci enerji bloku enerji şəbəkəsindən ayrılıb. AES-in ikinci enerji bloku normal qaydada işləyir. Ukrayna Energetika Nazirliyi AES sahəsində və ətraf regionda radiasiya səviyyəsinin dəyişmədiyini də açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR