ABŞ dövlət katibi: “Azərbaycanla üzərində işlədiyimiz çox sayda ümumi maraqlarımız var”

ABŞ dövlət katibi: “Azərbaycanla üzərində işlədiyimiz çox sayda ümumi maraqlarımız var”
# 30 mart 2016 22:22 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Azərbaycan prezidenti İlham Əliyevi ABŞ-da salamlamaqdan məmnunluq duyuruq. Bizim hazırda üzərində işlədiyimiz çox sayda ümumi maraqlarımız var”.

APA-nın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Con Kerri Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi press-brifinqdə deyib.

O, Azərbaycana Əfqanıstandakı sülhməramlı səylərə verdiyi töhfəyə görə minnətdarlığını bildirib: “Aydındır ki, Azərbaycan hazırda mürəkkəb regionda yerləşir və düşünürəm prezident İ.Əliyev bu ehtiyacların bəzilərini, xüsusilə də onun rəhbərliyi altında “Cənub Qaz Dəhlizi”ni qarşılamaq istiqamətində çox səylə və diqqətlə çalışıb. Vacib olan enerji mənbələrinin diversifikasiyası Avropanın uzun müddətli strateji maraqları baxımından çox əhəmiyyətli addımdır".

O görüşdə terrorizmə qarşı mübarizə və Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli məsələsini müzakirə etdiklərini bildirib: “Biz donmuş münaqişə olan Dağlıq Qarabağ münaqişəsinin nəyahət öz həllini tapmasını görmək istəyirik. Bu münaqişənin həlli üçün danışıqlar aparılmalıdır. Bu məsələ vaxt ötdükcə öz həllini tapmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR