Ərdoğan: “Regionda hökm sürən qeyri-sabitlik Türkiyəni terrorçuların hədəfinə çevirib”

Ərdoğan: “Regionda hökm sürən qeyri-sabitlik Türkiyəni terrorçuların hədəfinə çevirib”
# 13 mart 2016 23:50 (UTC +04:00)

Bakı-APA. Regionda hökm sürən qeyri-sabitlik Türkiyəni terrorçuların hədəfinə çevirib.


APA-nın CNN Turk-ə istinadən verdiyi məlumata görə, bunu Ankarada baş verən terror aktından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, Türkiyə terrorizmlə mübarizəni qətiyyətlə davam etdirmək əzmindədir: “Türkiyə özünümüdafiə hüququndan istifadə etməkdə davam edəcək. Terrorçular məğlub olduqları üçün dinc insanları hədəfə alırlar. Buna baxmayaraq, terrorçular məhv ediləcəklər”.

Xatırladaq ki, martın 13-də Türkiyənin paytaxtı Ankarada baş verən terror aktı nəticəsində 34 nəfər ölüb, 125 nəfər yaralanıb. 34 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR