Gəncədə evdə yanğın olub, bir nəfər xəsarət alıb

Gəncədə evdə yanğın olub, bir nəfər xəsarət alıb
# 13 dekabr 2015 07:48 (UTC +04:00)

Bakı – APA. Gəncə şəhərinin Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaqlı yaşayış evinin mətbəxinin yanar konstruksiyaları və əşyaları 15 kv.m, evə bitişik talvarın yanar konstruksiyaları 20 kv.m və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı evdə yaşayan 1 nəfər əl və ayaq nahiyəsindən yanıq xəsarəti alaraq Təcili Tibbi Yardım Xidməti tərəfindən xəstəxanaya aparılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub, Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR