Azərbaycanda xam neftin istehsalı 2% azalıb

Azərbaycanda xam neftin istehsalı 2% azalıb
# 18 may 2016 10:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 6 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 1,3% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 14 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 6,3 mlrd. kubmetr təşkil edib.

Bu ilin 4 ayı ərzində ölkədə 13 mln. 975,2 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2015-ci ilin yanvar-aprel aylarına nisbətən 1,8% azdır. Nəticədə bu ilin mayın 1-ə 391,9 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 13 mln. 957,2 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 1,8% azdır.

Bu ilin yanvar-aprel ayları ərzində ölkədə 9 mlrd. 935,6 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2015-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 0,3% çoxdur. Nəticədə bu ilin mayın 1-ə 1 mln. 26,7 min kubmetr hazır məhsul ehtiyatı yaranıb. Bunun da 6 mlrd. 296,7 mln. kubmetr əmtəəlik təbii qazdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR