Azərbaycan MN: Atəşkəs 14 dəfə pozulub

Azərbaycan MN: Atəşkəs 14 dəfə pozulub
# 23 iyul 2016 07:46 (UTC +04:00)

Bakı-APA. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası İcevan rayonunun Azatamut, Noyemberyan rayonunun Berdavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.


Ağdam rayonunun Cəvahirli, Tərtər rayonunun Göyarx, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR