Donald Trampın son rəqibi prezident postu uğrunda mübarizəni dayandırıb - YENİLƏNİB

Donald Trampın son rəqibi prezident postu uğrunda mübarizəni dayandırıb - <span style="color: red;">YENİLƏNİB
# 04 may 2016 23:50 (UTC +04:00)

Bakı-APA. Ohayo ştatının qubernatoru Con Keysik ABŞ prezidenti postu uğrunda mübarizəni rəsmi olaraq dayandırıb.

APA-nın CBS News-a istinadən verdiyi məlumata görə, Respublikaçılar partiyasının təmsilçisi müvafiq bəyanatla çıxış edib.

Qeyd edək ki, bundan əvvəl Respublikaçılar Partiyasının daha bir namizədi, senator Ted Kruz mübarizəni dayandırıb. Beləliklə, seçkiqabağı kampaniyanın lideri Donald Tramp prezidentlik uğrunda mübarizədə partiyanın yeganə təmsilçisi olacaq.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

***

20:57

Bakı-APA. Respublikaçılar Partiyasının təmsilçisi Con Keysik ABŞ prezidenti postu uğrunda mübarizəni dayandırmaq niyyətindədir.

APA-nın xəbərinə görə, bu barədə NBC telekanalı məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Respublikaçılar Partiyasının daha bir namizədi, senator Ted Kruz mübarizəni dayandırıb.

Beləliklə, seçkiqabağı kampaniyanın lideri Donald Tramp prezidentlik uğrunda mübarizədə partiyanın yeganə təmsilçisi olacaq.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR