Strasburqda internet təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçirilir

Strasburqda internet təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçirilir
# 09 sentyabr 2016 15:32 (UTC +04:00)

Bakı-APA. Bu gün Fransanın Strasburq şəhərində “İnternet azadlığı-Avropadakı demokratik təhlükəsizliyin daimi faktoru kimi” adlı beynəlxalq konfrans başlayıb.

APA-nın xəbərinə görə, Avropa Şurası Nazirlər Komitəsinə hazırda sədrik edən Estoniya və ATƏT-ə sədrlik edən Almaniyan və Avropa Şurasının birgə təşkilatçılığı ilə baş tutan konfransa Avropa və dünyanın bir sıra aparıcı ölkələrindən çoxlu sayda mütəxəssis, ekspert və rəsmi nümayəndə qatıllıb.

Azərbaycanı isə tədbirdə Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Ceyran Əmiraslanova, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hüquq şöbəsinin baş məsləhətçisi Bəxtiyar Məmmədov, beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Xəyalə Paşazadə, Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyevdən ibarət nümayəndə heyəti təmsil edir.

Tədbirin məqsədi fundamental azadlıqlardan onlayn şəkildə bəhrələnmək, internet azadlığı üzrə birgə öhdəliyin təşviqi üçün iştirakçıları bir araya gətirmək, səmərəli implementasiya üçün ən yaxşı təcrübələri müəyyənləşdirməkdən ibarətdir.

Tədbirdə AŞ-ın Baş katibi Törbyorn Yaqland, ATƏT-in kütləvi informasiya vasitələri azadlığı üzrə nümayəndəsi Dünya Miyatoviç və digərləri çıxış edərək internet imkanları, onun səmərəli tərəfləri və mənfi təsirləri haqqında fikirlərini bildiriblər. Media sahəsində çalışanların internetin mütəmadi yenilənən imkanlarından daha səmərəli istifadə etməyi tövsiyə ediblər.

Tədbir iştirakçıları ilə birbaşa ünsiyyət qurmaq imkanı qazanan Azərbaycan nümayəndə heyətinin üzvləri isə onlara Azərbaycanda internetin səviyyəsi və ondan istifadə olunması imkanları haqqında ətraflı məlumat veriblər.

Bildirilib ki, Azərbaycan son 10 ildə Azərbaycanda internet resursları sürətli inkişaf yolu keçib və ölkəmizdə internetə çıxışa və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmur. İfadə azadlığı, plüralizm və cəmiyyətin inkişafı üçün vacib olan digər şərtlər obyektiv məlumatın əldə edilməsində mühüm amil olduğundan media, vətəndaş cəmiyyətinin inkişafında və demokratik sistemlərin tərəqqisində internetdən və sosial şəbəkələrdən lazımınca istifadə vacibdir. Azərbaycanda internet azadlığı təmin olunub, insanlar internetdən azad şəkildə istifadə edirlər, sosial şəbəkələrə heç bir məhdudiyyət yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR