İran XİN rəhbərinin müavini: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

İran XİN rəhbərinin müavini: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”
# 03 iyun 2016 14:16 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”.

APA-nın xəbərinə görə, bunu İran xarici işlər nazirinin müavini Hadi Süleymanpur bildirib.

Nazir müavini bildirib ki, İran dövlətlərin beynəlxalq səviyyədə tanınan rəsmi sərhədlərinin dəyişdirilməsinin əleyhinədir.

“BMT TŞ-nin qərarlarının tam şəkildə həyata keçirilməsini dəstəkləyirik. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yaradılan təmas qrupunun işində fəal iştirak edirik. Minsk qrupunu üzvü deyilik, amma inanırıq ki, həmsədrlərin münaqişənin sülh yolu ilə tənzimlənməsi səyləri dəstəklənməlidir. Bunlar əsas elementlərdir”.

H. Süleymanpur qeyd edib ki, İranın Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR