“DəmirBank” terminallarını yeni dizaynda müştərilərin istifadəsinə təqdim edib

“DəmirBank” terminallarını yeni dizaynda müştərilərin istifadəsinə təqdim edib
# 11 avqust 2016 12:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “DəmirBank” öz “DemirPay” terminallarını müştərilərin istifadəsinə yeni dizaynda təqdim edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yeni interfeysdə müştərilər müxtəlif ödənişlərini daha rahat formada həyata keçirə bilərlər. Fasiləsiz müştəri xidmətinin inkişafı məqsədilə müştərilərə terminallar vasitəsi ilə geniş çeşiddə məhsul və xidmətlər üzrə ödənişlərin aparılması imkanı yaradılıb. Hazırda “DemirPay” terminallarında kredit ödənişləri, cari hesaba mədaxil kimi bank əməliyyatlardan əlavə kommunal xidmət, mobil rabitə, internet, kabel TV və digər ödənişləri həyata keçirmək mümkündür.

“DemirPay” terminalları “DəmirBank”ın paytaxt və bölgə filiallarının daxili ilə yanaşı, çöl hissələrində də yerləşdirilib ki, bu istənilən vaxt qeyd olunmuş xidmətlərin istifadəsini mümkün edir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi : (012) 149

http://www.demirbank.az

www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR