Gəncə və Bakı sakinlərindən odlu silah götürülüb

Gəncə və Bakı sakinlərindən odlu silah götürülüb
# 10 sentyabr 2016 09:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Gəncə və Bakı sakinlərindən odlu silah götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Gəncə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sənan İbrahimovdan “Makarov” markalı tapança, 8 ədəd patron, evinə baxış zamanı isə oradan “RQD-5” markalı qumbara aşkar edilib.

Bakının Xətai rayonu 34-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Camal Əliyevdən nömrəsi silinmiş “TT” markalı tapança, 4 ədəd patron və patron darağı götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR