Prezident Azərbaycanın Ümumdünya Poçt Konvensiyasına və “Poçt ödəniş xidmətləri" Sazişinə qoşulmaq barədə qanunu imzalayıb

Prezident Azərbaycanın Ümumdünya Poçt Konvensiyasına və “Poçt ödəniş xidmətləri" Sazişinə qoşulmaq barədə qanunu imzalayıb
# 17 mart 2016 18:03 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev “Poçt ödəniş xidmətləri haqqında” Sazişə qoşulmaq barədə qanunu imzalayıb.

APA-nın məlumatına görə, qanuna əsasən, Azərbaycan Respublikası 2012-ci il oktyabrın 11-də Doha şəhərində imzalanmış Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna müvafiq bəyanatla qoşulub.

Qanuna əlavə olunan bəyanatda deyilir:

1. Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində “Poçt ödəniş xidmətləri haqqında Saziş”in müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir.

2. Azərbaycan Respublikası bəyan edir ki, “Poçt ödəniş xidmətləri haqqında Saziş”in müddəalarından irəli gələn hüquq və öhdəliklər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək.

3. Azərbaycan Respublikası bu bəyanatın müddəalarını istənilən vaxt dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır və digər tərəflər belə dəyişikliklər və ya ləğvetmə haqqında yazılı surətdə məlumatlandırılacaq.

Bundan başqa, prezidenti İlham Əliyev Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında qanun imzalayıb. Qanuna əsasən, Azərbaycan 2012-ci il oktyabrın 11-də Doha şəhərində imzalanmış Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna müvafiq bəyanatla qoşulub. Bəyanatda deyilir:

Qanuna əlavə olunan bəyanatda bildirilir:

1. Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində “Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu”nun müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyil.

2. Azərbaycan Respublikası bəyan edir ki, “Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu”nun müddəalarından irəli gələn hüquq və öhdəliklər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək.

3. Azərbaycan Respublikası bu bəyanatın müddəalarını istənilən vaxt dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır və digər tərəflər belə dəyişikliklər və ya ləğvetmə haqqında yazılı surətdə məlumatlandırılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR