Rejissor və prodüser Cihan Zarakol vəfat edib

Rejissor və prodüser Cihan Zarakol vəfat edib
# 12 mart 2016 09:05 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Türkiyənin tanınmış rejissoru və prodüseri Cihan Zarakol dünyasını dəyişib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, C. Zarakolun ölümünə səbəb ürək çatışmazlığıdır.

Rejissor London film məktəbində animasiya üzrə təhsil alıb. Rejissor assistenti kimi fəaliyyətə başlayan C. Zarakol işini reklam filmlərində prodüser və rejissor kimi davam etdirib. Rejissor 13 sənədli filmə imza atıb.

Sənətçi “Oyun bitdi”, “Divardan divara”, “Fərarilik” və s. serialların rejissoru olub.

C. Zarakol “Zincirlikuyu” qəbiristanlığında torpağa tapşırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR