Kənan Yavuz: "Petkim"ə faydalı olmadığımı gördüm"

Kənan Yavuz: "Petkim"ə faydalı olmadığımı gördüm"
# 07 sentyabr 2016 08:32 (UTC +04:00)

Bakı - APA-Economics. "Petkim Petrokimya Holding A.Ş."-nin İdarə Heyəti üzvlüyündən istefa verən Kənan Yavuz bu addımını şərh edib.

"APA-Economics"in xəbərinə görə, K. Yavuz şirkətə faydalı olmadığını hiss edib: "Bildiyiniz kimi, aprel ayında "SOCAR Turkey Energy" şirkətinin baş icraçı direktoru vəzifəsindən uzaqlaşdım və fəaliyyətimi "Petkim Petrokimya Holding A.Ş."-nin İdarə Heyətinin üzvü kimi davam etdirdim. Bu müddətdə o qədər də faydalı olmadığımı gördüm. Bundan sonra real sektorda işlədiyim müddətdə topladığım təcrübəmlə vətənimə xidmət etməyə davam edəcəyəm".

Qeyd edək ki, K. Yavuzun yerinə Ertuğrul Altın təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR