Azərbaycan avtomobil idxalını 7 dəfədən çox azaldıb

Azərbaycan avtomobil idxalını 7 dəfədən çox azaldıb
# 17 may 2016 07:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana 1 742 ədəd avtomobil idxal olunub.


"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 11 148 ədəd avtomobil və ya 7,40 dəfə azalıb.

Ölkəyə gətirilən avtomobillərin 24 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1 509 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 152 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 57 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR