Pakistan ABŞ-dan “Taliban” liderinə aviazərbə endirməsi barədə izahat gözləyir

Pakistan ABŞ-dan “Taliban” liderinə aviazərbə endirməsi barədə izahat gözləyir
# 22 may 2016 11:37 (UTC +04:00)

Bakı-APA. Rəsmi İslamabad ABŞ-dan pilotsuz təyyarələr vasitəsi ilə “Taliban” lideri Molla Mənsurun öldürülməsi üçün Pakistan ərazisinə aviazərbə endirməsi barədə izahat gözləyir.

APA-nın RİA-Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nafis Zəkəriyə bildirib.

N. Zəkəriyə deyib ki, Molla Mənsurun ABŞ pilotsuz təyyarələrindən endirilən zərbə nəticəsində Əfqanıstan-Pakistan sərhədində öldürüldüyü barədə xəbəri görüblər və bu barədə izahat əldə etməyə çalışırlar. N. Zəkəriyə qeyd edib ki, Pakistan Əfqanıstanda uzun müddət davam edən müharibənin başa çatması üçün taliblərin danışıqlar stolu arxasına qayıtmasını gözləyir: “Hərbi fəaliyyət həll yolu deyil”.

Qeyd edək ki, ABŞ dünən yerli vaxtla saat 15:00 radələrində pilotsuz təyyarələr vasitəsi ilə Pakistanın Əfqanıstanla sərhəddə yerləşən cənub-qərbindəki Əhməd-Val şəhərinə aviazərbə endirib. “Taliban” Hərəkatının yüksək vəzifəli komandiri Molla Abdul aviazərbə nəticəsində "Taliban" lideri Molla Mənsurun öldüyünü təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR