İki nəfəri bıçaqlayan şəxsə hökm oxunub

İki nəfəri bıçaqlayan şəxsə hökm oxunub
# 09 avqust 2016 13:00 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham olunan Rövşən Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən R. Səfərov 8 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında Sumqayıt şəhərindəki kafelərdən birində baş verib. Emin Əhmədov və Pərvin Qarayevi bıçaqlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Səfərov tutulub. Ona Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR