Avropa İttifaqı 2016-cı ildən qonşu ölkələrlə yeni əməkdaşlıq mərhələsinə başlayacaq

Avropa İttifaqı 2016-cı ildən qonşu ölkələrlə yeni əməkdaşlıq mərhələsinə başlayacaq
# 14 dekabr 2015 13:12 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Avropa İttifaqı 2016-cı ildən Avropa Qonşuluq Siyasəti çərçivəsində qonşu ölkələrlə yeni əməkdaşlıq mərhələsinə başlayacaq.

APA-nın “belta.by” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının Brüsseldə keçirilən toplantısının bəyanatında deyilir.

Bildirilib ki, Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayan ölkələr bu sazişi tam və effektiv şəkildə yerinə yetirməlidirlər.

Toplantıda Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusun daxil olduğu "Şərq tərəfdaşlığı" proqramı üzrə səylərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR