CNN: Vaşinqtonda atəş açan şəxs saxlanılan zaman yaralanıb

CNN: Vaşinqtonda atəş açan şəxs saxlanılan zaman yaralanıb
# 28 mart 2016 22:12 (UTC +04:00)

Bakı-APA. Vaşinqtonda Konqresin ziyarətçilərin qəbulu mərkəzində atəş açan şəxs saxlanılan zaman yaralanıb.

APA-nın məlumatına görə, bu barədə CNN telekanalı xəbər verib.

Hadisə nəticəsində həmçinin bir qadının xəsarət aldığı bildirilir. Bundan əvvəl polis əməkdaşının yaralanması barədə məlumat yayılmışdı.

İnsidentin təfərrüatlarını açıqlamayan polis insidentin bitdiyini, insanların həyatlarına təhlükənin olmadığını bildirib. Hadisə ilə bağlı rəsmi məlumat veriləcəyi gözlənilir.

Qeyd olunur ki, hazırda Konqres tətildə olsa da, binada çox sayda turistlər var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR