Bakıda 41 yaşlı kişi yaşadığı evdə öldürülüb

Bakıda 41 yaşlı kişi yaşadığı evdə öldürülüb
# 03 may 2016 07:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda qətl törədilib.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yeni Yasamal sakini, əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Mirzə Furqan oğlu Hüseynov yaşadığı evdə qətlə yetirilib. Onun üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti yaxınları tərəfindən aşkar edilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR