Bakıda “Azərbaycan və Gürcüstan arasındakı Qırmızı Körpü keçid məntəqəsinin inkişafına dəstək” birgə layihəsinin başlanması mərasimi keçiriləcək

Bakıda “Azərbaycan və Gürcüstan arasındakı Qırmızı Körpü keçid məntəqəsinin inkişafına dəstək” birgə layihəsinin başlanması mərasimi keçiriləcək
# 03 may 2016 16:18 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Mayın 5-də “Azərbaycan və Gürcüstan arasındakı Qırmızı Körpü sərhəd keçid məntəqəsinin inkişafına dəstək” birgə layihəsinin başlanması mərasimi baş tutacaq.

BMT-nin İnkişaf Proqramının Bakıdakı ofisindən APA-ya verilən məlumata görə, layihə BMT-nin İnkişaf Proqramının Bakıdakı ofisi tərəfindən həyata keçiriləcək və Avropa İttifaqı tərəfindən maliyyələşdiriləcək.

Layihənin reallaşdırılmasında məqsəd Azərbaycan və Gürcüstan arasında əmtəələrin hərəkətini sürətləndirməkdir. Hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə sanitar və fitosanitar tədbirlərə diqqət yetirilməsi layihənin əsas tapşırıqları arasında olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR