TQDK: Abituriyentlərin 9.4%-i imtahanda 20-dən aşağı bal toplayıb

TQDK: Abituriyentlərin 9.4%-i imtahanda 20-dən aşağı bal toplayıb
# 29 mart 2016 12:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2015-ci ildə keçirilən I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 59.3%-i 200-dən az bal toplayıb. Tələbə Qəbulu üzrə Dövlət komissiyasından APA-ya verilən xəbərə görə, ötən il abituriyentlərin 59.3 faizi imtahandan “2”, 15.2%-i “3”, 17.8%-i “4”, 7.6%-i isə “5” qiymət alıb. 2014-cü ildə isə bu göstəricilər, uyğun olaraq, 64.7%, 13.6%, 15.7%, 6.0% olub.

Qeyd olunub ki, bu il “2” qiymət alanların faizi nisbətən azalıb, “3”, “4” və “5” qiymət alanların faizi artıb: "Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Ali məktəblərə qəbul olanların 34.1%-ni “3”, 45.6%-ni “4”, 19.6%-ni isə “5” qiymət alanlar təşkil edib. 2014-cü il bu göstəricilər, uyğun olaraq, 29.9%, 40.2%, 15.5% olub.

V ixtisas qrupu üzrə Bu imtahanlarda toplanılması mümkün olan maksimal bal 90-dır. Bu qrup üzrə qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 9.4%-nin topladığı bal 20-dən aşağıdır. Nəzərə alsaq ki, buraxılış imtahanlarında doğru cavabların sayı ana dili və riyaziyyat fənlərindən 8-dən, xarici dil fənni üzrə 6-dan az olduqda qiymət “2” hesab olunur, bu halda qəbul olan abituriyentlər seçməsində “2” qiymət alanlar yoxdur. Qəbul imtahanlarında iştirak edənlərin əksəriyyətinin imtahan nəticəsi (30–40) bal diapazonunda yerləşdiyi halda, qəbul olan abituriyentlərin nəticəsi əsasən (50–60) bal diapazonunda yerləşir.

Təəssüflə qeyd etmək lazımdır ki, bu il Sədərək, Xızı, Ağsu, Astara, Lerik, Xocalı, Xaçmaz, Ağdaş, Sabirabad, Yardımlı, Quba, Şəmkir və Goranboy rayonlarının cari il məzunlarını təmsil edən abituriyentlərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR