İŞİD silahlıları Suriyada qaz yatağını ələ keçiriblər

İŞİD silahlıları Suriyada qaz yatağını ələ keçiriblər
# 05 may 2016 01:41 (UTC +04:00)

Bakı-APA. İŞİD terror təşkilatının silahlıları Homsdan 120 km aralıda yerləşən Əş-Şaer qaz yatağını yenidən ələ keçiriblər.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hökumət qüvvələri aviasiyanın dəstəyi ilə terrorçuları ərazidən sıxışdırıb çıxarmağa çalışır.

Əş-Şaer qaz yatağı Suriya iqtisadiyyatı üçün strateji əhəmiyyətə malikdir. “Əl-Mayadin” telekanalının məlumatına görə, qaz yatağı ətrafında şiddətli döyüşlər davam edir.

Qeyd edək ki, Əş-Şaer qaz yatağı ilk dəfə 2014-cü ildə İŞİD-in nəzarəti altına keçib. Suriya ordusu qaz yatağı üzərində nəzarəti bərpa etsə də, terrorçular bu əraziləri geri qaytara biliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR