Bakıda 37 yaşlı kişi özünü yandırıb

Bakıda 37 yaşlı kişi özünü yandırıb
# 23 fevral 2016 07:54 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda intihara cəhd olub.

Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə fevralın 22-də axşam saatlarında Bibiheybət qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Eldar Akif oğlu Bəkirov sərxoş vəziyyətində üzərinə benzin tökərək özünü yandırıb. Hadisə yerində olan şəxslərin köməkliyi ilə o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR