Azərbaycanda benzin və dizel istehsalı kəskin azalıb

Azərbaycanda benzin və dizel istehsalı kəskin azalıb
# 16 iyun 2016 13:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 084,0 mln. manat olmaqla əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 8,8% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin beş ayı ərzində ölkədə 471,0 min ton avtomobil benzini istehsal olunub ki, bu da daha əvvəlki ilin beş ayı ilə müqayisədə 10,4% azdır. Nəticədə bu ilin iyunun 1-ə 69,5 min ton məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-may aylarında Azərbaycanda 980,7 min ton dizel yanacağı istehsal edilib. Bu, ötən ilin beş ayı ilə müqayisədə 27,2% azdır. Nəticədə bu ilin iyunun 1-ə 65,2 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-may aylarında Azərbaycanda ağ neftin istehsalı 5,5% azalıb. Belə ki, bu ilin beş ayı ərzində ölkədə 275,2 min ton ağ neft istehsal olunub ki, bu ilin iyunun 1-ə 48,4 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-may ayları ərzində ölkədə neft bitumunun istehsalında 14,4% azaraq 47,7 min ton təşkil edib. Nəticədə iyunun 1-ə 10,2 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin beş ayında ölkədə sürtgü yağlarının istehsalı 2015-ci illə müqayisədə 29,6% azalıb. Belə ki, 5 ay ərzində 5,0 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin iyunun 1-ə 12,3 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 5 ayı ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında azalma var. Belə ki, ötən aylar ərzində 79,0 min ton neft-kimya sənayesində istifadə üçün benzini istehsal olunub ki, bu da 2015-ci ilin 5 ayı ilə müqayisədə 15,9% azdır. Nəticədə bu ilin iyunun 1-nə 1,9 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu il ərzində Azərbaycanda 374,8 min ton yanacaq mazutu istehsal edilib ki, bu da daha əvvəlki ilin eyni dövrü ilə müqayisədə 187,4 dəfə artım deməkdir. Nəticədə bu ilin iyunun 1-ə 11,1 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 69,3 min ton neft koksu istehsal edilib. Bu, ötən ilin 5 ayı ilə müqayisədə 30,7% azdır. Nəticədə bu ilin iyunun 1-ə 0,8 min ton hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR