Dövlət Komitəsi: Azərbaycanda qadınlara qarşı cinayətlərin yarısı məişət zəminində törədilir

Dövlət Komitəsi: Azərbaycanda qadınlara qarşı cinayətlərin yarısı məişət zəminində törədilir
# 18 may 2016 10:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA "2010-cu ildən etibarən zorakılığa məruz qalan qadınlar haqqında az sayda mühafizə orderi tətbiq edilib".

APA-nın xəbərinə görə, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib. O bildirib ki, BMT-nin statistikasına əsasən, Azərbaycanda qadınların 8 faizi zorakılığa məruz qalır. Ölkədə qadınlara qarşı baş verən cinayətlərin təqribən yarısını məişət zorakılığı zəminində baş verən cinayətlər təşkil edir: "2006-2015-ci illərdə bizim Komitəyə qadınlara qarşı məişət zorakılıq halları ilə bağlı 1593 şikayət daxil olub. Şikayətlər əsasən, təhlükəsizliyin təmin olunması, zorakılığın təkrarlanması, zorakılıq faktı üzrə aparılan işin gedişindən narazılıqla bağlıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR