DSX rəisi Cəlilabadda vətəndaşları qəbul edib

DSX rəisi Cəlilabadda vətəndaşları qəbul edib
# 14 aprel 2016 10:12 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev aprelin 14-də Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsində Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayonlarının sakinlərini qəbul edib.

APA-nın cənub bürosunun məlumatına görə, qəbul zamanı DSX-də xidmətə qəbul, sosial müavinətlərin verilməsi, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi zamanı ortaya çıxan problemlər, mənzil və torpaq sahələrinin sənədləşdirilməsi, tibbi yardımın göstərilməsi, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı E. Quliyevə müraciət olunub.

Vətəndaşların müraciətlərini, şikayət və təkliflərini diqqətlə dinləyən DSX rəisi əksər məsələlərin yerindəcə həll olunması üçün tabeliyindəki strukturların rəhbərlərinə göstərişlərini verib.

DSX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR