Riqada Aİ-Azərbaycan strateji tərəfdaşlığına dair sazişlə bağlı müzakirələr aparılıb

Riqada Aİ-Azərbaycan strateji tərəfdaşlığına dair sazişlə bağlı müzakirələr aparılıb
# 04 oktyabr 2016 11:05 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA.Riqada Avropa İttifaqı-Azərbaycan strateji tərəfdaşlığına dair sazişlə bağlı müzakirələr aparılıb.

APA-nın Azərbaycanın Latviyadakı səfirliyinə istinadən verdiyi məlumata görə, Latviyada Avropa İttifaqına daxil olmayan ölkələrin xarici nümayəndəlik rəhbərlərinin iştirakı ilə Latviya xarici işlər naziri Edqars Rinkeviçsin iştirakı ilə İsveçrənin bu ölkədəki səfirliyi tərəfindən işçi nahar təşkil olunub.

Azərbaycanı tədbirdə Azərbaycanın Latviyadakı səfirliyinin müvəqqəti işlər vəkili Gəray Muradov təmsil edib.Tədbirdə Edqar Renkeviçs Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı barədə də danışıb O, Ukrayna və Gürcüstan ilə vizasız gediş-gəliş rejiminin tətbiqi istiqamətində irəliləyiş, Azərbaycanla Aİ arasında sazişlərin hazırlanması, Aİ ilə Belarus arasında danışıqlar barədə söhbət açıb.

E.Rinkeviçs G.Muradovla söhbəti zamanı Latviya Seyminin sədri İnara Murnietsenin Bakıya hazırkı səfəri, eləcə də planlaşdırılan digər yüksək səviyyəli səfərlər haqda məlumat verib.

Tərəflər Azərbaycan tərəfindən baxılmağa təqdim olunmuş Aİ-Azərbaycan strateji tərəfdaşlığına dair saziş ətrafında fikir mübadiləsi də aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR