"Spiegel Online": Almaniya Türkiyədə aviabaza inşa edəcək

"Spiegel Online": Almaniya Türkiyədə aviabaza inşa edəcək
# 25 aprel 2016 15:11 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Bundesver Türkiyə ərazisində, Suriyaya yaxın bölgədə aviabaza tikməyi planlaşdırır.

APA-nın xəbərinə görə, bu barədə Almaniyanın “Spiegel Online” nəşri məxfi sənədlərə istinadən məlumat yayıb.

Obyektin İncirlik bazasının yerləşdiyi ərazidə inşa olunacağı bildirilir.

Sənədlərdən bəlli olur ki, yaxın 6 ayda Almaniya “Tornado” qırıcıları və “Airbus” təyyarələri üçün uçuş zolağının tikintisi üçün 10 milyon avro xərcləyəcək.

Almaniya Müdafiə Nazirliyi 400 əsgərlik kazarmanın inşası üçün 15 milyon avro, komanda mərkəzinin tikintisinə isə 34 milyon avro xərcləyəcək. İnşa işləri 2017-ci ilin yayına qədər tamamlanmalıdır. Ümumilikdə, çəkiləcək xərcin 65 milyon avro olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR