Elmira Süleymanova referendumda müşahidəçi qismində iştirak edib

Elmira Süleymanova referendumda müşahidəçi qismində iştirak edib
# 27 sentyabr 2016 15:39 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova və Ombudsman Aparatının əməkdaşları referendumda müstəqil müşahidəçi qismində iştirak ediblər.

Ombusdman Aparatından APA-ya verilən məlumata görə, onlar Bakı və ölkənin 52 şəhər və rayonunda 87 seçki dairəsi üzrə 363 seçki məntəqəsində, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, Müdafiə Nazirliyinin bir sıra hərbi hissələrində, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanasında səsvermə prosesini izləyiblər. Referendumla bağlı ombudsmanın ünvanına hər hansı bir şikayət və müraciət daxil olmayıb.

Müşahidələrin nəticəsi olaraq bildirilib ki, referendum əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, qanunvericiliklə müəyyən edilmiş qaydada və nizam-intizamla keçirilib. Vətəndaşların seçki hüquqları təmin olunub, əlilliyi olan, o cümlədən gözdən əlil seçicilər üçün seçki hüquqlarının həyata keçirilməsi ilə bağlı şərait yaradılıb. Səsvermənin nəticələrinə təsir göstərən pozuntu halları, hər hansı dövlət qurumunun rəsmiləri, icra hakimiyyəti nümayəndələri və polis tərəfindən müdaxilə halları müşahidə edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR