ABŞ-ın Luiziana ştatında daşqın nəticəsində 11 nəfər ölüb

ABŞ-ın Luiziana ştatında daşqın nəticəsində 11 nəfər ölüb
# 17 avqust 2016 03:51 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Luiziana ştatında daşqın nəticəsində ölənlərin sayı 11-ə çatıb.

APA-nın “RİA Novosti”yə istinadə verdiyi xəbərə görə, bu barədə ştatın səhiyyə departamentinin məlumatında bildirilir.

Məlumata görə, qurbanlardan beşi İst-Baton-Ruj dairəsində, üçü – Tanjipaxoa, ikisi Seynt Helen, 1 nəfəri isə Rapids dairəsində ölüb.

Təbii fəlakətin tüğyan etdiyi ərazidən 30 min nəfər təxliyə edilib, 40 minədək evin uçduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR