Masazır qəsəbəsində dükan yanıb

Masazır qəsəbəsində dükan yanıb
# 08 aprel 2016 01:22 (UTC +04:00)

Bakı-APA. Masazır qəsəbəsində yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan dükanda baş verib. Nəticədə dükanın yanar konstruksiyaları və bitişik ümumi sahəsi 70 kv.m olan mağazanın reklam lövhəsi yanıb. Mağazanın və bitişik tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR