Lənkəranda yeddi ədəd tank əleyhinə mina tapılıb

Lənkəranda yeddi ədəd tank əleyhinə mina tapılıb
# 15 avqust 2016 16:03 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağdam, Tərtər rayonları və Lənkəran şəhərində partlamamış Hərbi Sursatlar (PHS) aşkarlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Ağdam rayonunun Zəngişalı kəndi ərazisində üç partlayış yerinə baxış keçirilib, partlamış top mərmilərinin qalıqları aşkar edilərək götürülüb.

Tərtər rayonunun Həsənqaya kəndi ərazisində isə otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb.

Lənkəran şəhərində isə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən, ANAMA-nın mütəxəssisləri tərəfindən dəniz sahilində 7 ədəd tank əleyhinə təlim minası (6 ədəd TM-62P və 1 ədəd TM-62M) aşkar olunaraq zərərsizləşdirilməsi üçün götürülüb.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 15 avqust 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 470 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR