Müsavat Partiyası başqanının həbsdə olan müavini azadlığa buraxılıb

Müsavat Partiyası başqanının həbsdə olan müavini azadlığa buraxılıb
# 04 oktyabr 2016 09:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Müsavat Partiyası başqanının həbsdə olan müavini Fərəc Kərimli azadlığa buraxılıb.

Bu barədə APA-ya məlumat verən F. Kərimlinin vəkili Nemət Kərimli deyib ki, prezidentin imzaladığı sonuncu amnistiya aktının icrası ilə əlaqədar olaraq F. Kərimli cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, bu gün sərbəst buraxılıb.

Qeyd edək ki, Fərəc Kərimli və onun bitərəf olan qardaşı Sirac Kərimli 2014-cü ilin iyulunda narkotik dövriyyəsi ittihamı ilə həbs edilib. F.Kərimli 6,5 il, S.Kərimli isə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Ali Məhkəmə F. Kərimlinincəzasını 3 ilə endirib. S. Kərimli isə 17 mart 2016-cı il tarixində əvf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR