Bağlanan doqquz bankın əmanətçilərinə 257 mln. manat kompensasiya ödənilib

Bağlanan doqquz bankın əmanətçilərinə 257 mln. manat kompensasiya  ödənilib
# 17 sentyabr 2016 12:06 (UTC +04:00)

Bakı - APA-Economics. Əmanətlərin Sığortalanması Fondu tərəfindən 16 sentyabr 2016-cı il tarixdə "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 milyon 249 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 46 milyon 732 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 16 milyon 852 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 763 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 98 milyon 596 min manatdan artıq kompensasiya ödənişi edilib.

16 sentyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 12 milyon 176 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 527 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 13 milyon 703 min manatdan artıq kompensasiya ödənişi baş tutub.

16 sentyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 925 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 863 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 milyon 879 min manatdan artıq kompensasiya ödəniş olunub.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 257 milyon 178 min manatdan artıq kompensasiya ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR