Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 2 Aprel

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 2 Aprel
# 02 aprel 2016 18:11 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Münaqişənin eskalasiyası hər zaman gözləniləndir, zatən, münaqişə varsa, dondurulmuş olsa belə, hər zaman alovlanma ehtimalı var. Bu bütün konfliktlərə aiddir. Münaqişə tərəfləri bu səbəbdən gərginliyin arta biləcəyinə hər zaman hazır olur, dövlətlər hərbi xərcləri artırır, yeni texnologiyalar alınır, hərbi müttəfiqlik münasibətlərini genişləndirir və s. Çünki, bunun adı münaqişədir, dondurulmuş münaqişələrdə status-kvo qorunsa belə, hər kəs mövcud durumun sonsuzluğa kimi davam etməyəcəyini qəbul edir... Dağlıq Qarabağ münaqişəsində də belədir, amma fərqli məqamlar da var. Dağlıq Qarabağ münaqişəsi artıq uzun müddətdir ki, dondurulmuş münaqişə deyil. Atəşkəs rejimi hər gün pozulur, Ermənistanın təxribatçı fəaliyyəti nəticəsində qoşunların təmas xəttində gərginlik daim qalmaqdadır. Üstəlik bu təxribatların qurbanı mülki şəxslər olur, qurbanların sayının aşağı həddi isə 9 yaşdır. Cəbhə xəttində baş verənlər göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi kimlərəsə mütləq lazımdır. Ən təhlükəli məqam odur ki, Dağlıq Qarabağ münaqişəsi təzyiq platformasına, Qərb-Rusiya çəkişməsində, yaxud da Ermənistanda hakimiyyət uğrunda mübarizədə rəqibə qarşı istifadə olunan alətə çevrilir. Və Azərbaycanın regional və qlobal müstəvilərdə xüsusi çəkisinin artması, hərbi büdcəsi və s. faktorlar bu aləti kütləşdirir. Eskalasiyanın nəticəsi isə... Nəticə bugünkü nəticədir, ermənilərin nəhayət ki dərs çıxara biləcəyi nəticə...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR