Azərbaycan iqtisadiyyatı 3,2% azalıb

Azərbaycan iqtisadiyyatı 3,2% azalıb
# 17 mart 2016 14:47 (UTC +04:00)

Bakı - APA-Economics. 2016-cı ilin yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 7 mlrd. 888,7 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2% az ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının azalması olub. Əlavə dəyərin 38,1%-i sənayedə, 13%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i tikinti, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1%-i informasiya və rabitə, 13,6%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 10,6%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 822,3 manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR