Tanışının evindən oğurluq edən şəxs saxlanılıb

Tanışının evindən oğurluq edən şəxs saxlanılıb
# 02 may 2016 10:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluq edən şəxs tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Yasamal RPİ 29-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da paytaxt sakini Adilə Həsənovaya məxsus evdən 1000 manat pul oğurlamış tanışı, həmyerlisi Yuliya Barikina saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR