Sumqayıtda bir qrup sahibkarın icarə haqqının endirilməsi barədə tələbi yerinə yetirilib

Sumqayıtda bir qrup sahibkarın icarə haqqının endirilməsi barədə tələbi yerinə yetirilib
# 28 yanvar 2016 08:49 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Sumqayıtda “Karvan” Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar icarə haqqının yüksək olmasına etiraz edib.

APA-nın məlumatına görə, sahibkarlar manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar müştəri qıtlığından əziyyət çəkdiklərini bildirib, buna görə də icarə haqqının aşağı salınmasını tələb ediblər.

Ticarət mərkəzinin sahibi Ağamirzə Əhədov sahibkarlarla görüşüb və onların problemini həll edəcəyini bildirib.

İcarə haqqı müvəqqəti olaraq əksər yerlərdə 350 manatdan 200 manatadək endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR